3 iyun 2012 12:56

Novruz Əzimov: Mənə dörd yeni futbolçu lazımdı

“Bakı”nın baş məşqçi vəzifəsinə təyin olunan Novruz Əzimov bu münasibətlə azerisport.az saytının suallarını cavablandırıb, gələcək planlardan danışıb.
 
- Baş məşqçi postuna təyinatınız münasibətilə sizi təbrik edirik. Bu təyinatı gözləyirdinizmi?
- Mən ilk növbədə klubun prezidenti Hafiz Məmmədova göstərdiyi inama görə təşəkkürümü bildirirəm. O, mənə komandanı Avropa Liqasına çıxarmaq imkanı yaratdı. Hesab edirəm ki, komandanın böyük potensialı var. Yəqin ki, yeni mövsümün sonuna qədər müqavilə bağlayacağıq. Amma hər şeydən öncə özümüzü avrokuboklarda göstərməliyik.
 
- Təyinatınızdan öncə deyirdiniz ki, “Bakı” Avroliqada iki mərhələ keçə bilər...
- Bu, minimumdu. Çünki “Bakı” daha böyük uğurlara nail olmağa qadirdi. Lakin hələlik avrokuboklarda nəticələrdən danışmaq tezdi. Heç kimlərə qarşı mübarizə aparacağımızı da bilmirik. Çox şeyə püşkatma aydınlıq gətirəcək. Bizim hədəflərimiz həmişə yüksək olub. İndi də elədi.
 
- Yeri gəlmişkən, hansı komandalarla qarşılaşmağı daha çox istərdiniz?
- Mənim üçün heç bir ciddi fərq yoxdu. Amma təbii ki, nisbətən zəif və ya özümüzə yaxın rəqiblərlə üzləşməyi istərdim. Məsələn, keçmiş SSRİ ölkələrinin təmsilçiləri ilə.
 
- Bəs İslandiya, Andorra kimi zəif ölkə təmsilçiləri necə?
- Onlar da olar. Sadəcə onda sözügedən ölkələrə səfərlərimiz çətin olacaq. Düzdü, yol problemi eyni zamanda rəqib üçün də olacaq. Amma bütün bunlar ikinci dərəcəli məsələlərdi. Biz qarşıdakı toplanışı yüksək səviyyədə həyata keçirib, tam hazır olmalıyıq.
 
- Neçə transfer həyata keçirməyi planlaşdırırsız?
- Mənə heyəti gücləndirmək üçün dörd futbolçu lazımdı. Qalan hamısı bizdə normaldı. Çoxlu yeni futbolçu istəmirəm. Çünki elədə uyğunlaşma ilə bağlı problemlərlə üzləşmək ehtimalı yüksək olur. Bizdə yaxşı futbolçular çoxdu. Onlar bizə Avropa Liqasında çox kömək edəcəklər.
 
- Elvin Məmmədov son mövsümdə özünü göstərə bilməsə də, komandada saxlamağa qərar verdiniz...
- Elvin yaxşı futbolçudu. Razıyam ki, son mövsümdə heç nə ilə fərqlənmədi. Lakin təksə Elvin yox, bütün komanda uğursuz mövsüm keçirdi. Həm də o, öz səhvlərini başa düşüb və bizdən şans verilməsini xahiş edib.
 
- Toplanışa gənc futbolçuları da aparacaqsız?
- Bəli. Biz toplanışa 1992, 1995 təvəllüdlü oyunçuları da aparacağıq. Gənclər komandasından, akademiyadan futbolçular olacaq. “Bakı”nın uşaq futbol məktəbi tam gücü ilə çalışır. Ona görə də yeni gələn futbolçuları yoxlamaq istəyirik.
 
- “Bakı” ilə hansı nəticəni özünüz üçün uğurlu hesab edəcəksiz?
- Bizə Avroliqada ən azı iki mərhələ keçmək lazımdı. İndidən bir söz demək istəmirəm. Amma biz sözümüzü meydanda deməyə çalışacağıq. “Bakı” öz azarkeşlərini stadiona qaytaracaq. Bu şansı əldən vermək olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.