4 iyun 2012 13:12
Millimizin forvardı Estoniya klubunun hədəfində
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov karyerasını Estoniya çempionatında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, Latviyanın “Metallurg” klubunda çıxış edən həmyerlimiz “Kalev”in maraq dairəsindədi.
Sillamyae təmsilçisi artıq Əsgərovu heyətinə qatmaq üçün latışlara rəsmi müraciət də edib. Lakin 27 yaşlı futbolçu Estoniya çempionatına transferə razı deyil. Estonların onu razı salmaq cəhdlərinin necə faydalanacağı isə hələlik bəlli deyil.
Qeyd edək ki, “Kalev” Estoniya çempionatının son mövsümünü beşinci yerdə başa vurub. Vüqarın hazırkı komandası – Liepaya təmsilçisi isə hazırda davam edən Latviya çempionatında 5-ci yerdə gedir və ehtiyatda iki oyunu var. Ötən mövsümün yekunlarına görə isə, “Metallurg” bu mövsüm Latviyanı Avropa Liqasında təmsil edəcək.
