4 iyun 2012 13:35
La Liqaya vəsiqə qazanan növbəti komandanın adı müəyyənləşdi
Futbol üzrə İspaniya La Liqasına vəsiqə qazanan ikinci komandanın da adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, “Deportivo”nun ardınca doğma meydanda “Cordoba” ilə qolsuz heç-heçə edən “Celta” klubu 5 illik fasilədən sonra yenidən La Liqaya vəsiqə qazanıb.
Elitaya yüksələn üçüncü komandanın adına isə “Vallodolid”, “Alcorcon”, “Hercules” və “Cordoba” klubları arasında keçiriləcək pley-off görüşlərindən sonra məlum olacaq.
