4 iyun 2012 14:17
Sumqayıt İnterin futbolçusunu heyətinə qatır
“İnter” daha bir qapıçısı ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, Səlahət Ağayev də “bankirlər”dən ayrılması ehtimalı yaranıb.
Məsələ burasındadı ki, U-21 yığmamızın qapıçısını “Sumqayıt” heyətinə qatmaq istəyir. Hazırda Sumqayıt təmsilçisi bununla bağlı paytaxt klubu ilə danışıqlar aparır. Tərəflərin razılığına əsasən, onunla bir illik müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, “İnter” Ağayevdən öncə Dmitri Kramarenkonu “Simurq”a satmış, gənc qolkiper Anar Məhərrəmovla yollarını ayırmışdı. Əvəzində “Kəpəz”dən Elşən Poladovla gürcü qapıçı Revaz Tevdoradze komandanın sıralarına cəlb olunub.
