4 iyun 2012 14:31
Vüqar Əsgərov: Azərbaycan klubu ilə danışıq aparıram
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov Latviyanın “Metallurg” klubundan ayrılmaq istəyir. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yeni məşqçi korpusunun gəlişindən sonra əsas heyətdə daha az oynamağa başlamışam. Deyirlər ki, mən komandaya lazımam, amma bunu görmürəm. Komandanın baş məşqçisi ilə dil tapa bilmirəm. Buna görə də “Metallurg”u tərk etmək istəyirəm. Çünki mənə oyun təcrübəsi lazımdı. Estoniyanın “Kalev” klubu mənimlə maraqlanır. Lakin düzü Estoniya çempionatında çıxış etmək istəmirəm. Başqa bir variant da var. Azərbaycandan bir klubla danışıqlar aparıram. Hələlik ad açıqlamaq istəmirəm. Ümid edirəm ki, “Metallurg” məni buraxacaq. Onların müqaviləyə xitam vermələrini istəyirəm. Azad agent kimi işim daha asan ola bilər”.