4 iyun 2012 15:32
“Azərbaycanda oynamağı çox arzulayıram”
Futbol üzrə Azərbaycan yığmasının və Latviyanın “Metallurg” klubunun hücumçusu Vüqar Əsgərov azerisport.az saytına müsahibəsində millimizin son toplanışından, eləcə də karyerasından danışıb.
- Millinin son təlim-məşq toplanışını necə qiymətləndirirsiz?
- Pis nəsə deyə bilmərəm. Testlər aparıldı, hər şey normal keçdi. Belə toplanışdan ancaq razı qalmaq olar. Artıq üçüncü dəfə idi millinin toplanışına dəvət alırdım. Berti Foqts kimi mütəxəssisin rəhbərlik etdiyi bu toplanışlarda böyük təcrübə toplayıram.

- Bəs Yaponiya (0:2) və Andorra (0:0) ilə görüşlər barədə nə deyərdiniz?
- Yaponiya ilə oyunda mən yox idim. Mən milliyə Almaniya toplanışından etibarən qoşuldum. Yaponiyaya qarşı pis oynamadıq. Qol vəziyyətlərimiz olsa da, yararlana bilmədik. Andorra ilə qarşılaşmada isə deyərdim ki, sadəcə bəxtimiz gətirmədi.

- Sizcə, Andorranı məğlub edə bilmədiyinizə görə ünvanınıza yönələn tənqidlər ədalətlidi?
- Hesab edirəm ki, bizi tənqid etməyə haqları var. Mən də əmin idim ki, Andorranı məğlub edəcəyik. Heç-heçəni gözləmirdim. Amma belə alındı. Bir şeyi deyə bilərəm ki, yaxşı oynadıq.

- Azarkeşlər deyir ki, Andorranı məğlub edə bilməyən komanda necə İsrail, Rusiya, Portuqaliya kimi rəqiblərə qalib gələcək?
- Tezliklə seçmə mərhələ start götürəcək. Onda baxarıq (gülür). Mümkündü ki, qrupumuzun favoritlərindən birini Bakıda məğlub edə bilək. Allahın köməyi ilə.

- Andorra ilə görüşdə oynamadığınıza görə incimədiniz?
- Xeyr. Mən millidən aldığım dəvətə görə şadam. Meydana kimin çıxmasına isə baş məşqçi qərar verir.

- Komandanızın işləri heç də yaxşı getmir. Öncə kuboku əldən verdiniz, çempionatda isə beşinci yerdə gedirsiz...
- Razıyam. Yeni baş məşqçimiz Dmitri Kalaşnikov hələ ki, komandanı uğurlara daşıya bilmir. Əslində, hamımız kuboku qazanmağı çox istəyirdik. Amma penaltilərlə uduzduq. Toparlanmaq lazımdı. Rəhbərlik qarşımıza turnir cədvəlində mümkün qədər yuxarı çıxmaq tələbi qoyub.
- Yeni baş məşqçinizlə münasibətləriniz nə yerdədi?
- Onunla heç cür ümumi dil tapa bilmirəm. Yeni məşqçi korpusunun gəlişindən sonra heyətə yeni futbolçular da cəlb olunub. Məşqçilər deyirlər ki, komandaya lazımam. Amma meydana buraxmırlar.

- Amma yığmaya dəvət almağınız üçün klubunuzda daim çıxış etməyiniz lazımdı..
- Elədi ki, var. Buna görə də “Metallurg”u tərk etmək istəyirəm. Ötən gün Estoniyanın “Kalev” klubundan zəng etmişdilər. Amma onların təklifinə soyuq yanaşıram. Estoniyada oynamaq istəmirəm.
- Bəs Liepaya klubu ilə müqaviləniz necə olacaq? Axı “Metallurg” sizi buraxmaya bilər...
- Anlaşmanın müddəti dekabrın 1-də başa çatacaq. Rəhbərliklə danışacağam ki, məni başa düşsün. Əgər razı olmasalar, o zaman icarə əsasında çıxış etməli olacağam.
- Tarixi vətəninizdə çıxış etmək istəmirsiz?
- Bu barədə düşündüyümü gizlətmək istəmirəm. Özü də artıq belə bir variant var. Hələlik ad açıqlamaq istəmirəm. Amma danışıqlar davam edir. Azərbaycanda oynamağı çox arzulayıram. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək.