4 iyun 2012 15:54
Olimpiakosun sabiq baş məşqçisi Bakıda
“Bakı” klubunda növbəti təyinat rəsmiləşib. Azerisport.az xəbər verir ki, Novruz Əzimovu postunda saxlayan zolaqlılar Bojidar Bandoviçlə rəsmi müqavilə bağlayıb.
Klubdan verilən məlumata görə, 42 yaşlı mütəxəssis komandada idman direktoru vəzifəsini tutacaq. Yuqoslaviyalı çalışdırıcı həm də əsas komandanın baş məşqçisinə kömək edəcək.
Qeyd edək ki, son iş yeri Yunanıstanın AEL klubu olan mütəxəssis “Olimpiakos” və “Kerkira” klublarına da başçılıq edib. Bandanoviçlə yanaşı “Bakı”ya yeni fiziki hazırlıq üzrə məşqçi də gətirilir. Hələlik onun adı açıqlanmasa da, əldə etdiyimiz məlumata görə, “Olimpiakos”da birgə çalışıblar.
