4 iyun 2012 16:33
Zeynal Məmmədov: Bandoviç Bakıya məşqçi yox, idman direktoru kimi kömək edəcək
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov Bojidar Bandoviçin bu klubun idman direktoru vəzifəsinə təyin olunmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz serbiyalı mütəxəssislə danışıqlarımızı davam etdiririk və hələlik rəsmi müqavilə imzalanmayıb. Bandoviç idman direktoru vəzifəsini tutacaq. Biz onun məhz bu vəzifədə çalışmasını istəyirik, məşqçi kimi yox. “Bakı”nın öz baş məşqçisi var – Novruz Əzimov. Bandoviç isə ona məşqçi kimi deyil, yalnız idman direktoru kimi kömək edəcək. Biz klubu Avropa standartlarına cavab verən səviyyəyə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Bandoviç özü ilə fiziki hazırlıq üzrə məşqçi də gətirəcək”.