4 iyun 2012 17:32
Millimiz Ukrayna yığmasına məğlub oldu
Kiyev şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimiz bu dəfə Ukrayna yığması ilə qarşılaşıb.
Oyun 5:4 hesabı ilə ukraynalı futbolçuların xeyrinə başa çatıb. Millimizin heyətində Əbdül Əliyev, Asif Zeynalov, Comərd Baxşəliyev və Vitali Borisov fərqlənib.
