4 iyun 2012 18:37
“Yeni mövsüm üçün bizə doqquz futbolçu lazımdı”
“Simurq”un prezidenti Anar Bəkirov və baş məşqçi Georgi Çixradze ötən gün başa çatan Baltika kubokunu izləmək üçün bu günlərdə Estoniyada olub. Azerisport.az xəbər verir ki, onlar bu turnirin ənənəvi iştirakçıları olan Estoniya, Litva, Latviya və Finlandiya yığmasının heyətindən oyunçu bəyənmək məqsədilə Tartu və digər şəhərlərdə olublar.
Bu barədə saytımıza müsahibəsində klubun prezidenti Bəkirov bunları dilə gətirib: “Biz bir sıra legionerləri nəzərdən keçirdik. Onları yoxlamaq istəyirik. Bu məqsədlə bəzi futbolçuları qarşıdakı təlim-məşq toplanışımıza dəvət edəcəyik. Hazırlıq prosesimiz iyunun 23-də Türkiyədə başlayacaq. Yeni mövsüm üçün bizə doqquz futbolçu lazımdı”.
Maraq üçün qeyd edək ki, "Simurq" mövsüm başa çatan kimi 16 futbolçu ilə yollarını ayırıb.
