4 iyun 2012 18:51
Sumqayıt futbolçu axtarışına çıxdı
Yeni mövsüm üçün hazırlığa start verən “Sumqayıt”ın əvəzedici komandası Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda seleksiya xarakterli toplanış keçirib. Azerisport.az xəbər verir ki, məşq prosesində 100-dən artıq futbolçu iştirak edib.
Seleksiya toplanışı ilə bağlı komandanın baş məşqçisi Vaqif Paşayevin fikirlərini bildirib: “Yeni mövsüm üçün heyətin komplekləşdirilməsi ilə məşğuluq. “Sumqayıt”ın aşağı yaş qruplarında çıxış edən futbolçuların seleksiyasına başlamışıq. Açığı, bir neçə futbolçunu bəyənmişəm. Onların məşqçiləri ilə görüşüb məsləyə aydınlıq gətirdik. Belə ki, klubun akademiyasından bəyəndiyimiz futbolçular növbəti mövsümdə həm bizim, həm də akademiyanın çempionat oyunlarında komandalarına kömək edəcəklər. Əsasən, 1995, 1996 və 1997-ci il təvəllüdlü futbolçuları heyətimizə qatacağıq”.
