4 iyun 2012 11:17
Böyükağa Hacıyev: Milliyə yerli məşqçi lazımdı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində komandasının UEFA Çempionlar Liqasına hazırlıq planlarından, transfer çalışmalarından, eləcə də yığmamızdan danışıb.
- Toplanış öncəsi necə istirahət edirsiz?
- Mən istirahət etmirəm. Komandanı gücləndirmək üçün yeni futbolçular axtarırıq. Bolu toplanışına qədər namizədləri müəyyənləşdirmək istəyirik.
- Mən istirahət etmirəm. Komandanı gücləndirmək üçün yeni futbolçular axtarırıq. Bolu toplanışına qədər namizədləri müəyyənləşdirmək istəyirik.
- Türkiyədə kimlərlə oynayacağınızı bilirsiz?
- Biz Türkiyədə üç yoxlama matçı keçirməyi planlaşdırırıq. Daha sonra Sloveniyaya gedəcəyik ki, orda da dörd oyun keçirmək nəzərdə tutulub. Mümkün qədər çox oyun keçirmək istəyirik. İstəyirəm ki, komanda Çempionlar Liqasına tam hazır olsun və ilk rəqibimizi keçək.

- Artıq potensial rəqiblərin siyahısı ilə tanış olmusuz?
- Əlbəttə. Mən bu turnirin vacibliyini, rəqiblərimizin səviyyəsini bilirəm. Çempionlar Liqasında ən güclülər çıxış edirlər. Rəqiblərimizin siyahısı stolumun üstündə də var. Bu barədə mən hər dəqiqə düşünürəm.

- Yəqin ki, bu barədə oyunçularınızla danışmısız...
- Rəqiblər barədə? Xeyr. Futbolçular bu barədə düşünməməlidilər. Onlar başa düşməlidilər ki, hər şey qabaqdadı. Əlbəttə, püşkatmada ən yaxşısına ümid edəcəyik. Bu mərasimdə özüm də iştirak edəcəm. Lakin hazırda daha vacib olan məsələ hazırlıqdı.
- Kimlərlə oynamağı istərdiniz?
- Litva “Ekranas”ı pis variant olmazdı. Kiprin AEL, Moldovanın “Şerif”, Gürcüstanın “Zestafoni” klubu da olar.
- Litva “Ekranas”ı pis variant olmazdı. Kiprin AEL, Moldovanın “Şerif”, Gürcüstanın “Zestafoni” klubu da olar.
- Hesab etmirsiz ki, “Neftçi”nin yollarını ayırdığı futbolçulardan bəzilərini buraxmağa dəyməzdi? Məsələn, Rəşad Abdullayevlə Slavço Georgiyevski özlərinə dərhal yeni klub tapdılar...
- Onların müqaviləsinin müddəti başa çatmışdı və biz qərar verdik ki, daha güclü futbolçularla güclənək. Mən Rəşadla Slavçonun özünə yeni klub tapmasına təəccüblənmədim. İki dəfə ardıcıl çempion olmuş futbolçularla güclənməyi hansı klub istəməz?
- Ruslan Abışov qalacaq?
- Biz şərtlərimizi ona təklif etmişik, cavab gözləyirik. Mənə elə gəlir ki, Ruslan qalacaq. O, çempionluğumuz üçün çox iş gördü. Özü də başa düşür ki, hələ getmək vaxtı deyil.
- Biz şərtlərimizi ona təklif etmişik, cavab gözləyirik. Mənə elə gəlir ki, Ruslan qalacaq. O, çempionluğumuz üçün çox iş gördü. Özü də başa düşür ki, hələ getmək vaxtı deyil.
- Araz Abdullayevlə bağlı nə məlumdu?
- O, Çempionlar Liqasında bizə kömək edəcək. Yeni mövsümdə Araz “Neftçi”də çıxış edəcək.
- Arazın Britaniyada işçi vizası alması üçün millidə daha çox oyun keçirməsi lazımdı...
- Amma Foqts onu dəvət etmir. Mən bunun səbəbini dəqiq bilmirəm. Ola bilsin ki, Araz onun futbol fəlsəfəsinə uyğun futbolçu deyil. Mən “Neftçi”yə cavabdehəm. Arazın yığma ilə bağlı problemləri barədə Foqtsdan soruşun.
- Millinin son oyunları barədə nə düşünürsüz?
- Son oyunlar da göstərdi ki, yığmaya yerli məşqçi lazımdı. Bizdə çoxlu gənc, perspektivli mütəxəssislər var ki, onlara şans vermək olar. Gec-tez bu, baş verəcək. Ad çəkmək istəmirəm. Amma mənə elə gəlir ki, bizim yerli mütəxəssislərimizdən başqa millini heç kim yaxşı tanıya bilməz.