4 iyun 2012 11:47
İnter daha bir futbolçu ilə müqavilə bağladı
“İnter” bolqarıstanlı futbolçu Daniel Genovla müqaviləni daha bir il müddətinə uzadıb. Azerisport.az xəbər verir ki, ötən mövsümü icarə əsasında “Simurq”da keçirən gənc futbolçu iyunun 1-dən “İnter”in təlim-məşq toplanışına qoşulub.
Qeyd edək ki, Daniel Genov 2010-cu ildə “İnter”ə transfer olunub. Son mövsümü Zaqatala klubunda keçirən futbolçu “Simurq”dan ayrıldıqdan sonra klubsuz qalmışdı ki, belədə “bankirlər” keçmiş futbolçusuna sahib çıxmağa qərar verib.
