5 iyun 2012 00:57
“Nadir hallarda belə baxımlı oyunun şahidi oluruq”
Gürcüstan U-17 yığmasının baş məşqçisi Nodar Akobia II Caspian Cup turnirinin Azərbaycanla final oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
“Təbii ki, bu cür yüksək səviyyəli turnirin qalibi olduğumuz üçün çox sevinirik. Belə güclü komandaların iştirak etdiyi turnirdə kuboka sahib çıxmaq asan deyil. Düşünürəm ki, çox maraqlı final oyunu izlədik. Nadir hallarda bu yaş qrupuna aid komandaların ifasında belə baxımlı oyunun şahidi oluruq. Azərbaycan yığmasına gələcək turnirlərdə uğurlar arzulayıram”.