5 iyun 2012 01:05
Təbriz Həsənov: İmkanlardan yararlana bilmədik
Azərbaycan U-17 yığmasının baş məşqçisi Təbriz Həsənov II Caspian Cup turnirinin Gürcüstanla final oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, komandamızın çalışdırıcısı 0:1 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları dilə gətirib:
“Kifayət qədər maraqlı oyun oldu. Hər iki komanda fərqlənmək üçün təhlükəli epizodlar yaratdı. Təəssüf ki, biz imkanlarımızdan yararlana bilmədik. Ümumiyyətlə, hücum xəttimiz istədiyimiz kimi effektli olmadı. Təbii ki, müəyyən çatışmazlıqlar var və onları aradan qaldırmağa çalışacağıq”.