5 iyun 2012 13:12
“İnterdə qapıçılarla bağlı güclü rəqabət var” (VİDEO)
Xəbər verdiyimiz kimi, “İnter” yeni qapıçı Elşən Poladovla müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, Türkiyədə keçirilən təlim-məşq toplanışına komandayla bir yerdə qatılan təcrübəli qolkiper "İnter TV"-yə müsahibə verib. Həmin müsahibədə Elşən komandaya keçidi barədə danışıb, toplanış barədə söhbət açıb və "İnter"in Avropa Liqasındaki şanslarını dəyərləndirib.
