5 iyun 2012 13:31
Azad Rəhimov: AÇ 2020-yə ev sahibliyi etməklə bağlı təklif uğurlu alınacaq
“Azərbaycan və Gürcüstanın futbol üzrə 2020-ci il Avropa çempionatına ev sahibliyi etməklə bağlı təklifi uğurlu alınacaq”. Azerisport.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, son illər ərzində Azərbaycan idmanının maddi-texniki bazasına yarım milyard manata qədər investisiya qoyulub:
"Hazırda Bakıda 80 min yerlik Olimpiya stadionu tikilir. Azərbaycan idman ölkəsidir. Ona görə də düşünürük ki, Azərbaycan dünya və Avropa səviyyəli yarışlara ev sahibliyi etməyə hazırdır".
Nazir qeyd edib ki, Azərbaycan 2015-ci ildə Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməklə bağlı öz namizədliyini irəli sürüb. "2016-cı ildə şahmat olimpiadası keçiriləcək. 2017-ci ildə İslam oyunları keçiriləcək. İnanırıq ki, 2020-ci ildə Avropa Futbol çempionatının keçirilməsi uğurlu olacaq".
