6 iyun 2012 02:08
Azərbaycandan İslandiya üzərində əzmkar qələbə! (YENİLƏNİB)
Bu gün gənclərdən ibarət yığmalar arasında 2013-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycanın U-21 yığması da öz qrupunda sayca yeddinci, eyni zamanda son səfər matçına çıxıb.
Belə ki, Bernard Lippertin çalışdırdığı komandamız səfərdə İslandiyanın qonağı olub. Hansı ki, bu komanda keçirdiyi ilk beş oyundan yalnız birində qalib gəldiyi halda, qalan görüşlərin hamısında məğlub olmuşdu. İslandlar bu oyun öncəsində 3 xalla qrup sonuncusu idi ki, bu üzdən də millimizlə görüşdə zirzəmidən yaxa qurtarmağı hədəfləmişdilər. Bir pillə öndə olan yığmamız isə bu üstünlüyünü qorumaq arzusunda idi.
Qeyd edək ki, buna qədər yığmamız 6 oyun keçirmişdi ki, onlardan birində qələbə qazanıb, birində heç-heçəyə nail olub, qalanlarında məğlub olmuşdu. İlk iki oyununu səfərdə keçirən millimiz ardıcıl olaraq İngiltərəyə (0:6) və Belçikaya (1:4) uduzmuşdu. Daha sonra isə evdə Norveçə (0:2) yenilən futbolçularımız Belçika ilə ev oyununda 2:2 hesablı heç-heçəyə nail olmuşdular. Məhz İslandiya ilə ev oyununda isə komandamız seçmə mərhələdə ilk qələbəsini qazanmışdı – 1:0. Bir neçə gün öncə Norveçlə səfər oyununda da məğlubiyyətlə üzləşən futbolçularımız indi ən azı heç-heçə etməklə 4-cü pillədəki mövqeyini qoruya bilərdi.
Qarşılaşma komandamız üçün yaxşı başlamayıb. 20-ci dəqiqədə meydan sahibləri hesabı açıblar. Amma məğlubiyyətdən qurtarmaq istəyən komandamızın cəhdləri nəhayət 77-ci dəqiqədə bəhrəsini verib. Lippertin yetirmələri bununla da kifayətlənməyib. Belə ki, əlavə vaxtda daha bir qol vuran millimiz əzmkar qələbəyə sevinib. Nəticədə, komandamız xal ehtiyatını 7-yə çatdıraraq, islandları son pillədə saxlamağa nail olub. Yığmamız son oyununu Bakıda İngiltərəyə qarşı keçirəcək.
AÇ-2013-ün seçmə mərhələsi
8-ci qrup
5 iyun
İslandiya - Azərbaycan - 1:2 (1:0)
Qollar: Siqurdarsson, 20 (1:0), Abdullayev, 77 (1:1), İmamverdiyev, 90+1 (1:2)
Baş hakim: Petur Reynert (Farer adaları)
Reykyavik. “Vellur” stadionu.
İSLANDİYA: 1. Arni Olafsson, 2. Kristin Yonsson, 3. Holmar Örn Eyolfsson (k), 4. Hordur Maqnusson, 5. Haukur Heydar Hauksson, 6. Finnur Marqeyrsson, 7. Kristin Steyndorsson, 8. Byörn Siqurdarsson, 9. Byörn Sverrisson, 10. Aron Yohannsson, 11. Yon Dadi Bödvarsson.
Ehtiyat oyunçular: 12. Arnar Petursson, 13. Yohann Laxdal, 14. Qudlauqur Palsson, 15. Runar Mar Siquryonsson, 16. Torsteyn Mar Raqnarsson, 17. Eynar Loqi Eynarsson, 18. Eydur Siqurbyörnsson.
Baş məşqçi: Eyolfur Sverrisson.
AZƏRBAYCAN: 12. Osman Umarov, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 6. Mirhüseyin Seyidov (k), 7. Araz Abdullayev, 9. Orxan Həsənov, 13. Əli Gökdəmir, 14. Bədavi Hüseynov, 16. Ruslan Tağızadə, 17. Cavid İmamverdiyev, 19. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə (GK), 4. Elvin Yunuszadə, 5. Novruz Məmmədov, 8. Emin Mustafayev, 11. Ruslan Qurbanov, 18. Elnur Abdulov, 23. Tural İsgəndərov.
Baş məşqçi: Bernard Lippert.
Oyun başladı. Millimizə uğurlar arzulayırıq!
2. Yohanssonun zərbəsini Umarov dəf edir
1. Yohanssonun zərbəsi dəqiq olmur
12. Qarayevin zərbəsini son anda qapıçı qaytarır
20. İslandlar Siqurdarssonun dəqiq zərbəsi ilə hesabı açırlar - 1:0
21. Gökdəmir hesabı bərabərləşdirməyə yaxın olsa da, qapıçı ona mane olur
22. Abdullayevin zərbəsi qapıdan aralı keçir
24. Komandamızın kornerdən qol vurmaq istəyi alınmır
26. Steyndorsson Orxana qarşı kobudluq edib, penaltiyə səbəb olur və sarı vərəqə ilə cəzalanır
26. Yığmamız penaltidən yararlana bilmir. Seyidov hədəfə düşməyi bacarmır
26. Futbolçularımız daha bir korneri boşa verirlər
33. Abdullayevin cərimə zərbəsi hədəfdən yan keçir
34. Siqurdarssonun zərbəsi qapıdan aralı keçir
37. Həsənovun qola sevinməsinə son anda Olafsson mane olur
39. Eyolfssonun baş zərbəsi dəqiq olmur
40. Eyolfsson sarı vərəqə ilə cəzalanır
41. Gökdəmirin cərimə zərbəsi qapıdan yan keçir
45. Seyidovun zərbəsi hədəfə düşmür
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Yığmamızın heyətində Gökdəmir yerini N.Məmmədova verir
47. Abdullayevin zərbəsi qapıdan yan keçir
48. Tağızadə də sarı vərəqə alır
50. N.Məmmədovun zərbəsi qapıdan aralı keçir
54. Seyidov hesabı bərabərləşdirməyə yaxın olsa da, Olafsson yenə qapısında sayıqdı
57. İmamverdiyev ofsayda düşməklə diqqətləri çəkir
62. Seyidovun zərbəsi qapıdan aralı keçir
63. Abdullayevin kornerdən ötürməsini Orxan qapıya ünvanlasa da, dəqiq deyil
66. T.Quliyevin də qapıya yol tapmaq cəhdi boşa çıxır
68. N.Məmmədov qola yaxın olsa da, yenə qapıçı yerindədi
69. Yohanssonun fərqlənməsinə qapıçımız mane olur
70. Seyidovun növbəti qol vurmaq cəhdini yenə qapıçı boşa çıxarır
71. Tağızadə yerini İsgəndərova verir
71. Həsənovun zərbəsini qapıçı tutur
73. Abatsiyevin zərbəsi qapıdan yan keçir
74. Yohanssonun qol vurmasına Umarov mane olur
75. Abatsiyev sarı vərəqə alır
77. Abdullayev nəhayət ki, yığmamızı məğlubiyyətdən xilas edən qola imza atır - 1:1
82. Komandamızın kornerdən fərqlənmək istəyi alınmır
83. Siqurdarsson sarı vərəqə ilə cəzalanır
90+1. İmamverdiyev komandamızı hesabda önə keçirir - 1:2
90+3. İmamverdiyevi Yunuszadə əvəzləyir
Matç başa çatdı
|
1. İngiltərə
|
6
|
5
|
0
|
1
|
21-3
|
15
|
|
2. Norveç
|
5
|
3
|
1
|
1
|
8-4
|
10
|
|
3. Belçika
|
6
|
2
|
2
|
2
|
11-12
|
8
|
|
4. Azərbaycan
|
7
|
2
|
1
|
4
|
6-16
|
7
|
|
5. İslandiya
|
6
|
1
|
0
|
5
|
3-14
|
3
|
