5 iyun 2012 14:56
Xəzər Lənkəran üçün Syuald və Kaizer
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionatının gümüş mükafatçısı “Xəzər Lənkəran” bu gün UEFA Avropa Liqasının təsnifat mərhələsinin oyunlarına hazırlıq məqsədilə Avstriyaya yollanır. Azerisport.az xəbər verir ki, komandanın hazırlıq prosesinin iki mərhələdə keçirilməsi nəzərdə tutulub.
Təlim məşqin birinci mərhələsi Kirxdorf ərazisində "Syuald" otelində baş tutacaq və 5-16 iyun tarixlərini əhatə edəcək. 16-29 iyunda keçiriəcək ikinci mərhələ zamanı isə komanda Avstriyanın digər bölgəsi Şeffauda "Kaizer" otelində məskunlaşacaq.
Təlim-məşq toplanışı zamanı bir neçə yoxlama oyununun keçirilməsi və potensial yeni futbolçuların baxışı planlaşdırılır.
