5 iyun 2012 15:11
Yunis Hüseynov: Mən dörd mərhələ keçib, qrup mərhələsinə düşməyimizi istəyirəm
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasına və yeni mövsümə hazırlıq planlarından, transfer siyasətindən danışıb.
- Hazırlıqlar necə gedir?
- Komanda artıq bir neçə gündü Bakıda məşq edirdi. İyunun 5-də biz Avstriyaya yola düşürük. Amma ora hamı getməyəcək. Biz qərara aldıq ki, millinin təlim-məşq toplanışından qayıdan Kamran Ağayev, Elnur Allaheverdiyev və Rahid Əmirquliyevə istirahət verək. Həmçinin müxtəlif səbəblərdən Rendal Brenes, Elvin Beqiri və Manuel Skarlatake də düşərgəmizə gec qoşulacaq.
- Neçə yoldaşlıq oyunu keçirəcəksiz?
- Beş yoxlama matçı keçirməyi planlaşdırırıq. Hesab edirəm ki, bu, komanda üçün yetərli olacaq. Çalışacağıq ki, güclü komandalarla qarşılaşaq. Yoxlama matçları zamanı yeni futbolçularımızı da sınaqdan keçirəcəyik.

- Baxışa neçə legioner gələcək?
- Bizə xeyli futbolçu təklif olunub. Təxminən 15 futbolçu baxışa gəlməlidi. Portuqaliya, Braziliya, Argentina, Polşa, keçmiş Yuqoslaviya, Nigeriya və digər ölkələrdən olan futbolçulardı. Mənə heyəti gücləndirmək lazımdı.

- Bəs sizə neçə futbolçu lazımdı?
- Bizə üç oyunçu lazımdı. İki yarımmüdafiəçi, bir hücumçu. Komanda hücumda mümkün qədər yaxşı təsir bağışlamalıdı. Çempionat dövründə biz az qol vururduq. Mənə qol vurmağı bacaran forvard lazımdı. Elə bir hücumçu ki, qol vəziyyəti yarada, ondan yararlana bilsin. Avrokuboklarda mütləq qol vurmağa ehtiyacımız olacaq.

- “Xəzər Lənkəran” hələ də Julius Vobayı geri qaytarmaq üçün çalışır. Sizcə, o, komandaya lazımdı?
- Vobay bizə qarşı düzgün hərəkət etmədi. Dekabrın 31-nə qədər o, bizim futbolçumuz sayılır. Amma buna baxmayaraq, başqa klubla müqavilə imzalayıb. İntizamı pozub.

- Əgər o, qaytarılsa, “Xəzər Lənkəran”da oynayacaq?
- Artıq o, bizə lazım deyil. Əlbəttə, o, geri qayıtmalı, cəzasını çəkməlidi. Amma mən onu hesaba almıram.

- Avrokuboklardan nə gözləyirsiz?
- Mən istəyirəm ki, dörd mərhələ adlayaq, Avropa Liqasının qrup mərhələsinə düşək. Daha böyük zəfərlər barədə düşünməyin vaxtıdı. Bir-iki mərhələ ilə kifayətlənmək olmaz. Amma hələ püşkatma atılmayıb. Ona görə də proqnozlardan danışmağa dəyməz.

- Siz bilirsiz ki, “Xəzər Lənkəran” hələ indiyə qədər avrokuboklarda mərhələ adlaya bilməyib?
- Bəli, hər şeydən xəbərim var. Mən də bu işi ona görə götürmüşəm ki, komandanı lazım olan uğurlara daşıyım. Biz mümkün qədər yaxşı çıxış etməliyik. İlk oyundan qələbə barədə düşünəcəyik. Kimə qarşı oynayacağımız bizə maraqlı deyil. Əsas odu ki, “Xəzər Lənkəran” qələbə qazanmağa hazır olsun. Ondan sonra istənilən rəqib dişimizə görə olacaq.