5 iyun 2012 15:43
Mahmud Qurbanov qərarını cümə günü açıqlayacaq
Xəbər verdiyimiz kimi, Azərbaycanın veteran futbolçusu Mahmud Qurbanov məşqçilik karyerasına başlaya bilər. Azerisport.az xəbər verir ki, son mövsümü “Sumqayıt”da keçirən təcrübəli pleymeyker daha bir il futbol oynamaq arzusunda olsa da, Gəncənin “Tərəqqi” klubu Mahmuda baş məşqçi olmaq təklifi ilə müraciət edib.
Gəncəlilər onunla 1 illik müqavilə bağlamaq istəyirlər. Lakin hələlik danışıqlar davam edir. Qurbanov bu təklifi dəyərləndirmək üçün qarşı tərəfdən vaxt istəyib. Onun son qərarının cümə gününə qədər açıqlanacağı bildirilir.
Qeyd edək ki, “Tərəqqi” birinci divizionda çıxış edir. Bu komanda geridə qalan mövsümdə 14 komanda arasında 9-cu olmuşdu.
