5 iyun 2012 17:18

Mahmud Qurbanov rəsmən Gəncə klubunun baş məşqçisi təyin olundu

Azərbaycanın veteran futbolçusu Mahmud Qurbanov oyunçu karyerasını başa vurub. Azerisport.az xəbər verir ki, son mövsümü “Sumqayıt”da keçirən təcrübəli pleymeyker daha bir il futbol oynamaq arzusunda olsa da, “Tərəqqi”dən aldığı sərfəli təklif onu fikrindən daşındırıb.
 
Belə ki, Gəncə təmsilçisi Mahmuda baş məşqçi olmaq təklifi ilə müraciət edib. Xeyli müddətdi davam edən danışıqların cümə gününə qədər davam edəcəyi gözlənilsə də, Qurbanov qarşı tərəfin təklifini daha tez dəyərləndirib. Belə ki, o, gəncəlilərlə 1 illik müqavilə ilə bağlı razılığa gəlib.
 
Bu barədə məlumatı “Tərəqqi”nin mətbuat xidmətinin rəhbəri Musa Abdullayev də təsdiqləyib: “İnanırıq ki, Mahmud futbol biliklərini öz yetirmələrinə lazımı səviyyədə çatdıra biləcək və komandamız yüksək yerlərdən birini tutaraq, Premyer Liqaya vəsiqə qazanacaq”.
 
Qeyd edək ki, “Tərəqqi” birinci divizionda çıxış edir. Bu komanda geridə qalan mövsümdə 14 komanda arasında 9-cu olmuşdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.