5 iyun 2012 17:52
Böyükağa Hacıyev: Biz ona böyük ümidlər bəsləyirik
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bir ilə yaxındı yaşıl meydanlardan kənar qalan braziliyalı yarımmüdafiəçi Rodriqinyonun yenidən sıraya dönməsini arzulayır. Azerisport.az saytına müsahibəsində o, bildirib ki, dayaq yarımmüdafiəçisinin qarşıdakı toplanışa qədər tam hazır olacağını ümidlidi:
“Mənə hücumu gücləndirmək lazımdı. Yarımmüdafiə xəttinə gəlincə, daha çox Rodriqinyonun bərpa olunmasına ümid bəsləyirəm. Mümkündü ki, o, “Neftçi”nin ilk təlim-məşq toplanışından etibarən sıralarımıza qoşulsun. Görək toplanışa necə başlaya biləcək. Biz ona böyük ümidlər bəsləyirik”.