5 iyun 2012 11:25
Təbriz Həsənov: Buna görə o, cəzalanacaq
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Təbriz Həsənov Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilən Gürcüstanla final oyunundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Yaxşı oyuna və nəticələrə rəğmən, həlledici qarşılaşmada məğlub oldunuz. Niyə?
- Hələ qrup mərhələsini birinci pillədə bitirəndə biz daha çox şey ümid edirdik, nəinki finalda uduzmağa. Bu oyuna ciddi hazırlaşmışdıq. Lakin təəssüf ki, hər şey istədiyimiz kimi alınmadı. Mənim daha çox ümid bəslədiyim futbolçular öz potensiallarından aşağı səviyyədə çıxış etdilər. Bu, xüsusilə hücum xəttində oynayanlara aiddi. Analizlər aparacağıq, belə oynamağımızın səbəblərini araşdıracağıq.

- Yəni qarşıya turnirin qalibi olmaq hədəfini qoymuşdunuz?
- Bəli, mən həqiqətən də uşaqlar qarşısında belə bir tələb qoymuşdum. Turnir ərəfəsində biz heyəti də gücləndirmişdik. Bu üzdən də bizim yeganə çatışmazlığımız futbolçular arasında anlaşmanın lazımı səviyyədə olmaması idi. Bu çatışmazlığı aradan qaldırmaq üçün vaxt lazımdı.

- Məğlubiyyətə rəğmən, komandamızın Gürcüstan yığmasından daha güclü olduğunu hesab etmirsiz?
- Gürcüstan yığması heç də pis komanda deyil. Biz bu turnirdən öncə onları məğlub etmişdik. Amma həmin vaxt onların heyətində Akaki Şulai yox idi. Həmin vaxt o, heyətdə deyildi. Bu futbolçu komandasının 50 faizi deməkdi. O, hər bir rəqib üçün ciddi problemlər yarada bilən futbolçudu.

- Yəqin ki, ardıcıl ikinci il bu turniri qazana bilməməyiniz sizi çox məyus edib...
- Ötən mövsüm üçüncü olmuşduq. Bu il isə ikinci yeri tutduq. Yəqin ki, növbəti mövsümdə də birinci olarıq (gülür). Amma təbii ki, həmin dövrə qədər bu postda qalsam.
- Mirkamil Həşimlinin əvəzləndikdən sonrakı hərəkətini yəqin ki, gördünüz. Bununla bağlı nə etməyi planlaşdırırsız?
- Onun əvəzlənməsinin əsas səbəbi meydanda özünü çox aqressiv aparması ilə bağlı idi. Sarı vərəqə də aldı. Onun bu hərəkətləri əlbəttə ki, bağışlanmazdı. O, böyük səhvə yol verdi. Emosiyalarına sahib çıxmaq lazımdı. Buna görə o, cəzalanacaq. Lakin öncə Mirkamillə ciddi söhbətim olacaq, ona səhvlərini başa salacağam. Onun cəmi 16 yaşı var və belə söhbətlər xeyrinə işləyə bilər.

- Ötən mövsüm komandanız Qazaxıstan kubokunu qazanmışdı. Lakin bu il yeni komanda yaratmağa üstünlük verdiniz ki, bu da nəticələrə təsirsiz ötüşmədi. Demək olar ki, əvvəlki komandanız daha güclü idi?
- Həmin komanda ilə mən daha çox işləmişdim. İndiki heyətlə isə yenicə işləyirik. Bu komandanın da yaxşı gələcəyi var.

- Yuxarı yaş qrupları üzrə yığmalarda çalışmaq fikriniz yoxdu?
- Mənim öz planlarım var. Peşəkar komandalarla işləmək, əsas milliyə qədər irəliləmək istərdim. Bunun üçün Pro kateqoriyası da almışam. Amma hələ zamanı deyil.