5 iyun 2012 11:34
XL Avstriyaya Kamran Ağayevsiz yollandı
Premyer Liqanın gümüş mükafatçısı “Xəzər Lənkəran” bu gündən etibarən Avropa Liqasının və yeni mövsümün hazırlıqları çərçivəsində Avstriya toplanışına start verəcək. Lakin azerisport.az xəbər verir ki, “ağ-yaşıllar” toplanışa heç də tam heyətlə başlamayacaqlar.
Belə ki, komandanın dörd aparıcı futbolçusu – Kamran Ağayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev və Branimir Subaşiç Avstriyaya yollanmayıb. Onlar “Xəzər Lənkəran”ın düşərgəsinə iyunun 8-də qoşulacaqlar.
Bunun səbəbi isə sözügedən futbolçuların yığmamızın Yaponiya və Almaniyada həyata keçirdiyi təlim-məşq toplanışında iştirakı ilə bağlıdı. Bu üzdən də məşqçilər korpusu onlara bir qədər də əlavə istirahət etmək imkanı yaradıb.
