5 iyun 2012 12:07
İnterin Türkiyə toplanışı davam edir (FOTOREPORTAJ)
“İnter”in Türkiyənin İzmit şəhərinin yaxınlığındaki Kartepe qəsəbəsində həyata keçirdiyi təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, “bankirlər” ötən gün də iki dəfə məşq edib.
Səhərki çalışmaya trenajor zalında start verilib, daha sonra isə futbolçular meydana yollanıblar. İlk məşqdə komanda topsuz çalışıb. Hazırlıq qaçışdan və isinmə hərəkətlərdən ibarət olub. Axşam məşqində isə futbolçular topla hərəkət etdikdən sonra iki komandaya bölünərək iki tərəfli oyun keçiriblər. Qeyd edək ki, hazırlığın planına əsasən "İnter" hər gün iki dəfə məşq edəcək.
