5 iyun 2012 00:08
Cem Felek: İngiltərə və İspaniya klublarından təklif almışam
Futbol üzrə Azərbaycanın U-17 yığmasının yarımmüdafiəçisi Cem Felek Almaniyanın “Eintracht” (Frankfurt) klubu ilə yollarını ayıra bilər. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənim hələ “Eintracht”la müqaviləm var. Lakin İngiltərə və İspaniya klublarından mənə yeni təkliflər var. Adlarını hələlik açıqlamaq istəmirəm. Bu təkliflərin nə dərəcədə ciddi olduğuna baxacağam. Ən azı bir il “Eintracht”dayam. Ola bilər ki, sonra da bu klubda qalım. Necə də olmasa, bu komandada özümü çox yaxşı hiss edirəm”.

Cem Türkiyə yığmasından aldığı təkliflərə də toxunub: “Etiraf edim ki, Türkiyədən mənimlə uzun müddətdi maraqlanırlar. Lakin artıq seçimimi etmişəm. Özümü Azərbaycan yığmasında yaxşı hiss edirəm. Öz ölkəmə üstünlük vermək istəyirəm”.
Felek Bakıda təşkil olunan Caspian Cup turnirində Gürcüstana məğlubiyyətdən də danışıb: “Bütövlükdə, turnirdə yaxşı çıxış etdiyimizi düşünürəm. Lakin finalda uduzmaqla ikinci yeri tutduq. Mümkündü ki, bir qədər bəxtimiz də gətirmədi. Amma komanda kimi yaxşı təsir bağışladıq”.