5 iyun 2012 00:17
Simurq da Sloveniyaya gedir
Son mövsümün uğursuzlarından olan “Simurq” 2012/13 mövsümünə ciddi hazırlaşmağı planlaşdırır. Azerisport.az xəbər verir ki, Zaqatala klubu bu məqsədlə iki təlim-məşq toplanışı keçirəcək.
Georgi Çixradze yetirmələrini öncə Türkiyədə hazırlaşdıracaq. Daha sonra isə komanda Sloveniyaya yollanacaq.
Türkiyə toplanışı zamanı əsas güc fiziki hazırlığa yönəldiləcək, komandaya yeni futbolçular cəlb olunacaq, yeni legionerlər sınaqdan keçiriləcək. Sloveniya toplanışı dövründə isə bölgə təmsilçisi daha çox yoldaşlıq görüşlərinə üstünlük veriləcək.
