5 iyun 2012 12:33
Ronaldinyo özünə yeni klub tapdı
Braziliya futbolunun canlı əfsanəsi olan Ronaldinyo özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, bundan sonra o, Braziliyanın "Atletico Mineiro" klubunda top qovacaq.
Qeyd edək ki, Ronaldinyo ötən həftə qalmaqallı şəkildə "Flamengo" ilə yollarını ayırmışdı. Bu klubdan dörd ay idi maaş ala bilmədiyini iddia edən Ronaldinyo məhkəməyə üz tutmuşdu. Məhkəmə isə futbolçunu mübahisə tərəflərindən biri kimi qəbul edərək ona azad agent statusu vermişdi. Belədə onun “Atletico”ya azad agent kimi keçidində heç bir problem olmayıb.
