5 iyun 2012 12:55
Hakan Şükür avtomobil qəzasına düşdü
Futbol üzrə Türkiyə millisinin və “Galatasaray” komandasının əfsanəvi oyunçusu, millət vəkili Hakan Şükür avtomobil qəzasına düşüb. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hakan Şükür özü isə “Twitter” sosial şəbəkəsindəki səhifəsində sol ayağında çatlar və qırıqlar olduğunu yazıb. O, ayağındakı qırıq və çatlarla əlaqədar bir müddət ayağa qalxmayacağını da bildirib.
