6 iyun 2012 02:22
Vaqif Cavadov baş katibin açıqlamasına münasibət bildirdi
“Qarabağ”ın hücumçusu Vaqif Cavadov AFFA-nın baş katibi Elxan Məmmədovun onun barədə fikirlərinə münasibətini açıqlayıb. Xatırladaq ki, Məmmədov Cavadovun futbolu Azərbaycan millisi üçün yox, özü üçün oynadığını dilə gətirmişdi. Azerisport.az saytına müsahibəsində Vaqif bunları söyləyib:
“Bu sözün hansı zəmində söyləndiyini bilmirəm. Amma o düzdü ki, hər bir futbolçu mümkün qədər yaxşı çıxış etməyə çalışır, öz səviyyəsini qaldırmaq istəyir ki, transfer qiyməti də yüksək olsun. Əsas odu ki, çıxış etdiyin komandaya faydalı olasan”.