7 iyun 2012 11:30
Millimizin forvardı saytımıza müsahibə verdiyi üçün oynamadı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun şərəfini qoruduğu "Metallurg" Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Liepaya təmsilçisi ölkə çempionatının 13-cü turu çərçivəsində “Spartak” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilib. Buna baxmayaraq, liepayalılar çətin səfər matçından qələbəylə ayrılmağı hədəfləmişdilər. Lakin onlar yalnız 1 xal qazana biliblər.
Qeyd edək ki, Liepaya klubu hazırda 11 oyundan sonra 18 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və ehtiyatda iki oyunu var. “Spartak” isə 12 oyundan 22 xalla ikinci yerdə gedir.
Bu oyunda Vüqarın da meydana çıxması gözlənilirdi. Lakin həmyerlimiz buna nail ola bilməyib. O, ümymiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib. Bunun səbəbini də öyrəndik. Nə qədər qəribə olsa da, bunun səbəbi Vüqarın azerisport.az-a verdiyi müsahibə olub. Buna görə rəhbərlik onu bir oyunluq cəzalandırıb.
Latviya çempionatı
13-cü tur
Spartak - Metallurg - 2:2
