6 iyun 2012 02:31

“Yeni mövsümdə daha çox qol vurmaq istəyirəm”

Azerisport.az sizi “İnter”in yeni transferi Tales Şützün müsahibəsi ilə tanış edir.
 
- “İnter”ə keçidin necə baş tutdu?
- Çox xoşbəxtəm ki, bu keçid baş tutdu. “İnter” kimi güclü komandaya qoşulmaq mənim üçün çox yaxşıdı. Ötən mövsüm AZAL-ın heyətində 10 qola imza atdım, lakin karyeramın bu səhifəsi artıq bağlanıb. Yeni mövsümdə mən daha çox qol vurub, “İnter”də karyeramın yeni səhifəsini açmaq istəyirəm.
 
- Yeni komandan və ordakı atmosfer barədə nə deyə bilərsən?
- Burda hamı çox mehribandı. İlk dəfə bura gələndə məni çox yaxşı qarşıladılar, özümü bu ailənin üzvü kimi hiss etdim. Özümü burda çox xoşbəxt hiss edirəm və fikrimcə, “İnter”də yaxşı işlər görə bilərəm.
 
- Komandanın Türkiyədə davam edən toplanışı necə keçir?
- Toplanış çox yaxşı keçir. Bu cür toplanışlar komandanın hazırlığında çox yaxşı rol oynayır, komandanın daha da güclənməsinə şərait yaradır. Fikrimcə, biz düz yoldayıq.
 
- İnter bu yaxınlarda Avropa Liqasında mübarizəyə başlayacaq. Avroliqadakı oyunlar barədə nə düşünürsən?
- Biz qələbə qazanmaq üçün özümüzü mütləq yaxşı tərəfdən göstərməliyik. Bu yarışda hər bir oyun finala bərabərdi. Biz bunu bilməli və çalışmalıyıq ki, hər qarşılaşmada qələbə qazanaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.