6 iyun 2012 02:38
Saşa Yunisoğlu da xaricdə top qovmaq istəyir
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlu hələ də özünə yeni klub tapa bilməyib. Azerisport.az xəbər verir ki, “Qəbələ”dən ayrıldıqdan sonra işsiz qalan futbolçu hazırda bir çox təkliflər alsa da, qərar verməyə tələsmir.
Hazırda istirahətdə olan Saşa isə daha çox xaricdə oynamaqda maraqlıdı. Yeni iş yeri axtarışları ilə futbolçu şəxsən özü məşğul olur.
Xatırladaq ki, son mövsümü “Qəbələ”də keçirən Yunisoğlu klubla müqaviləsinin müddəti bitdiyi üçün hazırda azad agent statusu daşıyır.
