6 iyun 2012 14:56

Vüqar Nadirov: Tezliklə Azərbaycandan gedəcəyəm

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov azerisport.az saytına müsahibəsində gələcək karyerası ilə bağlı planlarından danışıb.

- Vüqar, hazırda nə işlə məşğulsuz?
- İstirahət edirəm. Amma məşq etməyi də unutmuram. Çalışıram ki, fərdi qaydada hazırlaşım. İyunun 24-dən etibarən isə klubun düşərgəsində olmalıyam.
 
- Bəs əminsiniz ki, məhz nəzərdə tutduğunuz klubun düşərgəsində olacaqsız?
- (gülür) Ümid edirəm ki, həmin vaxt Azərbaycanda olmayacağam. Düzdü, klubumla bir illik müqaviləm var. Amma mən ölkə xaricində çıxış etmək istəyirəm.
 
- Premyer Liqamızda çıxış etmək sizi bezdirib?
- Məsələ bunda deyil. Sadəcə öz uşaqlıq arzumu gerçəkləşdirmək istəyirəm. Fikrimcə, artıq Avropa klublarında çıxış etmək vaxtıdı.
 
- Demək olar ki, bütün futbolçularımız xaricdə oynamaqdan ağızdolusu danışırlar. Amma iş yerini dəyişmək imkanı yaransa da belə, bunu etmədiklərinin şahidi oluruq...
- Başqaları necədi bilmirəm. Amma mən indi pul haqda az düşünürəm. Sadəcə, əcnəbi klubda top qovmaq istəyirəm. Mənə nə təklif etmələrindən asılı olmayaraq, belə bir fürsət düşsə, qaçırmayacağam.
 
- Millimizin Andorra ilə yoldaşlıq oyununda Drezden “Dinamo”sunun, Norveç “Valerenqa”sının və digər klubların skautları da meydanda idilər. Oyundan sonra sizinlə əlaqə saxlayan olmayıb ki?
- Hələlik yox.

- Bəlkə Andorra kimi zəif komandanı məğlub edə bilməməyiniz onların da sizə və komanda yoldaşlarınıza qarşı diqqətini azaldıb?
- Düşünmürəm. İstənilən halda komanda həmin görüşdə pis oynamadı. Yeganə çatışmayan şey qol idi.
 
- Daha çox hansı ölkə klublarından dəvət almaq istərdiniz?
- İnanın ki, bunun mənim üçün heç bir fərqi yoxdu. Əsas getməkdi. Kim real təklif ünvanlasa, ora da gedəcəyəm.
 
- Xaricdə oynamış bütün futbolçularımız qısa müddət sonra geri qayıtmalı olublar. Eyni aqibətlə üzləşməkdən qorxmursuz?
- Mən xaricdə oynamağa ciddi köklənmişəm. Bu üzdən də heç bir səbəb qarşımı kəsə bilməz. Özümü ilk gündən necə göstərsəm, elə də davam edəcəm. Mən istənilən şəraitə uyğunlaşa bilərəm. Futbola gəlincə, bu, Afrikada da eyni cür oynanılır.
 
- Amma Norveç çempionatının səviyyəsi özümüzkündən elə də çox fərqlənmir...
- Hər halda Norveçin istənilən klubundan daha güclü komandaya keçmək daha asandı, nəinki Azərbaycandan. Axı mən xaricə bir mövsümlük getmək istəmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.