6 iyun 2012 15:08
Premyer Liqamızda yeni mövsümün başlama vaxtı bəlli oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümün başlama vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, 2012-2013 mövsümünün birinci turunun oyunların avqustun 4-5-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda futbol mövsümünün belə tez başlaması ölkəmizdə keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatı ilə bağlıdı. Bu üzdən də sentyabr-oktyabr aylarında çempionatımızda müəyyən fasilə yaranacaq.
Premyer Liqanın 2012-2013-cü il mövsümünün püşkatması isə iyul ayında baş tutacaq.
