6 iyun 2012 15:34
Qəbələ baş məşqçisi ilə yollarını ayırdı
"Qəbələ” Futbol Klubu əvəzedici heyətin baş məşqçisi Daril Villardla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, 2010-cu ildən “Qəbələ”də fəaliyyət göstərən ingiltərəli mütəxəssis 64 oyunda komandaya rəhbərlik etmişdi.
Villard əvəzedici heyətlə 2010-2011 mövsümündə bürünc, 2011-2012 mövsümündə isə gümüş medallara sahib olmuşdu.
“Qəbələ” Futbol Klubu Daril Villarda komandaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.
