6 iyun 2012 16:07

“Azərbaycan yığmasına dəvət almaq istəyirəm”

Xəbər verdiyimiz kimi, Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev və Ceyhun Sultanovun transferini reallaşdıran "Sumqayıt" növbəti futbolçu ilə masa arxasına əyləşməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, 2011/2012 mövsümünü Superliqada mübarizə aparan "Sivasspor"da keçirmiş Azərbaycan əsilli Məhəmməd Əli Atam icarə əsasında Sumqayıt təmsilçisində forma geyinməyə yaxındı. 24 yaşlı sağ cinah müdafiəçisi klubun rəsmi saytına müsahibə verib.
 
- Məhəmməd Əli Atamı tanıyaq...
- 21 may 1988-ci ildə İstanbulda anadan olmuşam. Əslən azərbaycanlıyam. İkinci Dünya Müharibəsi ərəfəsində babamın ailəsi Naxçıvan şəhərindən Türkiyənin İğdır vilayətinə köçüb. Atam İstanbulda anadan olub və bu şəhərdə ailə həyatı qurub. Hazırda bəzi qohumlarım Naxçıvanda yaşayır.
 
- Futbola gəlişin necə olub?
- Yaşadığımız ərazidə azərbaycanlılardan təşkil olunmuş həvəskar komanda fəaliyyət göstərirdi. 7 yaşım olarkən həmin klubda, "İfaspor"da məşqlərə başladım. 11 yaşım olarkən, həvəskarlar liqasının həlledici oyunları "Qalatasaray"ın bazası sayılan "Florya Metin Oktay Təsisləri"ndə keçirildi. Hansı komanda ilə oynadığımızı xatırlamıram. Qalib gəldiyimiz oyundan sonra "Fənərbağça" və "Qalatasaray"ın məşqçiləri mənimlə maraqlanmağa başladı. Hər iki klubdan təklif alsam da, "Cim-Bom"a azarkeşlik etdiyim üçün "sarı-qırmızılı" komandanı seçdim. 2000-ci ildən etibarən "Qalatasaray"ın aşağı yaş qruplarındakı komandalarla oyunlara çıxdım. 2001-ci ildə "Qalatasaray" Akademiyasının yığması ilə Türkiyə çempionu oldum. Bir il sonra isə həmin komanda ilə Avropa çempionluğunu qazandım.
 
- "Qalatasaray"dakı çıxışın barəsində nə deyə bilərsən?
- 2004-cü ildə "Qalatasaray"ın əvəzedici komandası ilə peşəkar müqavilə imzaladım. Əvəzedicilərdə 3 mövsüm forma geyindim. 2007/2008 mövsümündə "Cim-Bom"un əvəzedici komandasının kapitanı olmuşam. Həmin il 26 qarşılaşmada 4 qol vurmuşam. 2005-ci ildə "Qalatasaray"dakı uğurlu çıxışımla Türkiyənin 17 yaşadək futbolçulardan ibarət milli komandasına çağrıldım. Elə həmin il U-17 ilə Avropa çempionluğunu qazandım. 2008-ci ildə "Qalatasaray"ın əsas komandasına dəvət aldım və 3 illik müqavilə imzaladım. O zaman İstanbul klubunu Mixael Skibbe çalışdırırdı. 3 ay əsas heyətdə forma şansı qazana bilmədim və "Sarıyer"ə icarəyə verildim. Daha sonra Türkiyə 1-ci liqasında mübarizə aparan "Altay"da və "Ərzincanspor"da icarədə çıxış etdim. 2011-ci ildə "Sivasspor"la üçillik müqvilə imzaladım.
 
- 2005-ci ildə Türkiyənin U-17 komandası ilə Avropa çempionu olmağını necə xatırlayırsan?
- Hazırda Türkiyə A millisinin baş məşqçisi olan Abdullah Avcı o zaman U-17-ni çalışdırırdı. Avropa çempionu olduğumuz heyətdə məndən başqa, hazırda "Real"da çıxış edən Nuri Şahin, "Qalatasaray"dan Aydın Yılmaz, "Fənərbağça"dan Caner Erkin, Volkan Babacan, "Trabzonspor"dan Onur Kıvrak və başqaları çıxış edirdi. Avropa çempionatının final qarşılaşması mənim həyatıma qızıl hərflərlə yazıldı. Həlledici görüşdə Hollandiyanı 2:0 hesabı ilə məğlub etdiyimiz oyunu unuda bilmirəm. Nəzərinizə çatdırım ki, U-17-də 12 rəsmi qarşılaşmada meydana çıxmışam. Ümumilikdə Türkiyənin aşağı yaş qruplarından ibarət yığmalarda 24 rəsmi oyun keçirmişəm və 6 qol vurmuşam.
 
- Nuri Şahin, Caner Erkin, Mehmet Yılmaz, Aydın Yılmaz kimi futbolçuların adını çəkdin. Hansı futbolçularla indi də əlaqə saxlayırsan?
- "Real"da çıxış edən Nuri Şahin İspaniyada yaşadığı üçün onunla yalnız telefonla əlaqə saxlaya bilirəm. Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turanla vaxtilə əvəzedici komandada birlikdə çıxış etmişəm. Onunla yaxşı münasibətim var. Ardanın "Atletiko"da uğur qazanacağına əminəm. Volkan Babacan, Onur Kıvrak, Aydın Yılmaz, Uğur Uçar kimi futbolçularla indi də dostluq edirəm. İstanbula gələn kimi "Qalatasaray"da çıxış edən əksər yerli futbolçular və məşqçilərlə əlaqə saxlayıb görüşürəm.
 
- 2011/2012 mövsümündə "Sivasspor"da neçə oyun keçirmisən?
- Mövsüm ərzində əksər qarşılaşmalarda adım 18 nəfərlik iştirak ərizəsində olub. "Manisaspor"la oyunda meydana sonradan daxil olmuşam. "Cumhuriyyet Kuboku"nda "Kayserispor"la görüşdə çıxış edib 1 qol vurmuşam. Mən uşaq yaşlarımdan sağ cinah müdafiəçisi kimi çıxış etmişəm. "Sivasspor"da bu mövqedə komandanın kapitanı təcrübəli futbolçu Uğur Kavuk yer alır. Adıçəkilən futbolçu 15 ildən çoxdur ki, Superliqada oynayır. Məhz bu səbəbə görə, "Sivasspor"da çox oynamaq şansı qazana bilmirəm.
 
- "Sivasspor"da çıxış edən və hazırda Azərbaycan millisinin şərəfini qoruyan Cihan Özkaradan hansı məlumatlar toplaya bilmisən?
- Cihan "Sivasspor"un əsas futbolçularından sayılır. Olduqca peşəkardı. Onunla Azərbaycan, Bakı haqqında çox danışmışıq. Milli komandada uğurla çıxış edir.
 
- Azərbaycan Premyer Liqasından xəbərdarsan?
- Açığı, o qədər də maraqlanmırdım. Yalnız milli komandanın oyunlarına bacardığım qədər baxıram. Türkiyə yığmasını Bakıda məğlub etdiyiniz görüşü və cavab qarşılaşmasını bütünlüklə izləmişəm.
 
- "Sumqayıt"a keçidin barəsində nə deyə bilərsən?
- Azərbaycanı çox sevirəm. Türkiyədə keçirilən bütün Azərbaycana aid tədbirlərdə canla-başla iştirak edirəm. Məsələn, sonuncu dəfə İstanbulun mərkəzində "Taksim meydanı"nda Xocalı Soyqrımı ilə əlaqədar böyük yürüşdə iştirak etmişəm. Mən 3 il bundan əvvəl Azərbaycana gəlməyə yaxın idim. Lakin bəzi səbəblərə görə, səfərim baş tutmamışdı. Azərbaycana gəlmək ən böyük arzularımdan biridi. Mən ölkəmi çox sevirəm. Hətta "Sivasspor"da mənə "azəri çocuk" deyə çağırırlar. Qaldı ki, "Sumqayıt"la danışıqlara, bir müddət əvvəl menecerim Azərbaycan Premyer Liqasında çıxış edən bir klubun mənim xidmətimdə maraqlı olduğunu dedi. "Sumqayıt" haqqında bəzi məlumatlar topladım. Gənclərdən qurulmuş bir komanda olduğunu gördüm. Ardından "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyevlə əlaqə saxladım. Şərtlər məni razı saldığı üçün təklifi qəbul etdim. İndi "Sivasspor"un cavabını gözləyirəm. Tezliklə "Sumqayıt"la məsələni rəsmiləşdirəcəyəm.
 
- "Sumqayıt" Futbol Klubunda əsas məqsədin nə olacaq?
- Bacardığım qədər "Sumqayıt"ı turnir cədvəlinin üst pillələrinə daşımaq mənim əsas məqsədimdi. Buradakı uğurlu çıxışımla Azərbaycan millisinə dəvət almaq istəyirəm. Bu mənim ən böyük arzumdu.
 
- "Sumqayıt"a keçidin reallaşsa, hansı nömrəli futbol geyimi ilə çıxış edəcəksən?
- İğdırdan olduğum üçün "Sivasspor"da da 76 nömrəli futbol geyimini seçmişdim. 76 İğdıra aid rəqəmdir. Burada öyrəndim ki, Uğur Pamuk bu nömrəli futbol geyimi ilə çıxış edir. Buna görə, 2 nömrəsini seçərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.