6 iyun 2012 16:35
“U-21-in üzvlərinin əsas milliyə cəlb olunmasına tələsmək lazım deyil”
AFFA-nın baş katibi Elxan Məmmədov hesab edir ki, futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının aparıcı futbolçularının əsas milliyə cəlb olunmasına tələsmək lazım deyil. Azerisport.az saytına müsahibəsində o, sözügedən məsələ ilə bağlı bunları dilə gətirib:
“Siz gənclərdən ibarət yığmamızın üzvlərinin əsas millidə oynamaq vaxtının olduğunu düşünməkdə tələsirsiz. Baş məşqçi Berti Foqts artıq Araz Abdullayevi, Cavid İmamverdiyevi əsas millinin toplanışlarına dəvət edib. Lakin görünür o, hələ bu futbolçuların əsas milliyə tam hazır olmadıqlarını düşünür”.