6 iyun 2012 16:50
Elxan Məmmədov: Stadionlar DÇ-nin startına qədər tam hazır olacaq
AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək qızlar arasında Azərbaycanda keçiriləcək dünya çempionatı oyunlarının baş tutacağı stadionlarımızla bağlı hazırkı durumu dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“FİFA bizə Lənkəran şəhər stadionunda müəyyən yenidənqurma işlərinin aparılması barədə göstəriş vermişdi. Bu arenada artıq işlərin 35 faizini tamamlanmış hesab etmək olar. Dünya çempionatının startına qədər isə bütün işlər tam yekunlaşacaq. Avqustun 1-də isə 8-ci kilometr qəsəbəsindəki stadionda da bütün işlər tam başa çatacaq. Bu arenanı inşa edən britaniyalılar bütün amilləri nəzərə alıblar. İlk növbədə hava amilini qeyd etmək lazımdı. Çünki Bakının isti yayına rəğmən, ot örtüyündə heç bir problem olmayacaq”.