6 iyun 2012 17:33
Elxan Məmmədov: Çox istərdim ki, futbolçularımız legioner olsunlar
AFFA-nın baş katibi Elxan Məmmədov bəyan edib ki, o, futbolçularımızın daha çoxunun legioner həyatı yaşamasını arzulayır. Azerisport.az saytına müsahibəsində o, sözügedən məsələ ilə bağlı bunları dilə gətirib:
“Mən hər gün idman xəbərləri buraxılışlarına baxıram, idman mətbuatını oxuyuram. Tez-tez rast gəlirəm ki, bu və ya digər futbolçumuz karyerasını ölkə xaricində davam etdirə bilər. Şübhəsiz ki, mən də bunu çox istərdim. Amma təəssüf ki, AFFA bu məsələdə heç bir kömək edə bilmir”.