6 iyun 2012 17:54
Bakı Şarliyanı yola saldı, Verpakovskini saxladı
“Bakı” daha bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, komandanın xorvatiyalı futbolçusu Marko Şarliya ilə yolların ayrılmasına qərar verilib.
Qeyd edək ki, o, 2008-ci ildən etibarən paytaxt klubunda çıxış edirdi. Lakin son mövsümün ardından müqaviləsinin müddəti başa çatan futbolçu “Bakı”dan ayrılmalı olub. Rəhbərlik onunla müqaviləni yeniləmək istəməyib.
Şarliya ilə yanaşı Maris Verpakovskinin də “Bakı”dan ayrılması gündəmdə idi. Lakin o, klub rəhbərliyinin yeni müqvilə təklifini qəbul edib və növbəti mövsümdə də “zolaqlılar”ın uğurları üçün çalışacaq.
