6 iyun 2012 18:39
Cenifer Lopeslə yanaşı Bakıya Rihanna və Şakira da gələcək
Xəbər verdiyimiz kimi, AFFA rəhbərliyi Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının açılış mərasiminə bir sıra dünya ulduzlarını gətirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, onlardan birinin tanınmış amerikalı müğənni Cenifer Lopes olacağı hələ xeyli müddət öncədən məlum idi.
Onunla yanaşı artıq Rihanna və Şakira kimi ünlülərin də Bakıya təşrif buyuracağı məlum olub. Xatırladaq ki, DÇ-2012 sentyabr-oktyabr aylarında keçiriləcək.
