6 iyun 2012 11:36
“Azərbaycan yığması layiqli qələbə qazandı”
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İslandiya – Azərbaycan oyunundan sonra rəqib yığmanın baş məşqçisi Eyolfur Sverrisson fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamıza 1:2 hesablı məğlubiyyətləri ilə bağlı bunları dilə gətirib:
“Hər addımda mübarizəyə şahidlik etdiyimiz oyun oldu. Azərbaycan yığması layiqli qələbə qazandı. Hər iki komandanın müxtəlif vaxtlarda qol vurmaq üçün imkanları olsa da, rəqibimiz bundan daha yaxşı istifadə etdi. Azərbaycan yığması komanda şəklində çox yaxşı oynadı. Rəqib oyunçular çox qaçdı, pressinq etdi və layiq olduğunu qazandı”.
