6 iyun 2012 11:58

Stamenkoviç: Mən doğma klubuma qayıtmağın əleyhinə olmazdım

“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Serbiya mətbuatına müsahibəsində karyerası ilə bağlı gələcək planlarından danışıb, Azərbaycanda keçirdiyi mövsümü dəyərləndirib.
 
- Azərbaycanda keçirdiyiniz son mövsümlə bağlı nə deyə bilərsiz?
- İlk növbədə onu qeyd etmək istəyirəm ki, bu ölkənin çempionatı çox güclüdü. Eyni vaxtda bir neçə klub çempionluq uğrunda mübarizə aparırdı. Amma yekunda “Neftçi” hamıdan yaxşı oldu. Hansı ki, ondan əvvəlki mövsümdə də bu komanda çempion olmuşdu. İndi isə bizi Çempionlar Liqası gözləyir. Bu mötəbər turnirdə də uğur qazanmaq istəyirik.

- Ötən mövsüm Xorvatiyada Zaqreb “Dinamo”suna qarşı ÇL-in təsnifat mərhələsində xoşagəlməz olayla üzləşmişdiniz. Yadınızdadı?
- Hərdən xatırlayıram. İlk oyun zamanı məni az təhqir etmədilər. Amma mən bütün bunlara hazır idim. Təki komandam qalib gələrdi. Bakıdakı cavab oyununda mən həmin təhqirlərə nisbətən cavab verdim. Amma yenə turnirdə çıxışımızı davam etdirə bilmədik.
 
- Yeri gəlmişkən, hələ burda çox qalmaq istəyirsiz?
- Mənim hələ bir illik müqaviləm var. Ondan sonrasına baxarıq.
 
- Deməli, Türkiyə və ya Rusiyaya getməyi düşünmürsüz?
- Azərbaycan çempionatında çıxış edən futbolçulara bu ölkələrdən az maraq olmur. Amma yenə deyirəm ki, mən hələ “Neftçi”nin futbolçusuyam.
 
- Doğma klubuna qayıtmağı arzulamırsan?
- Gələcəkdə bu, mümkündü. Mən həmişə “Crvena Zvezda” klubunun azarkeşi olmuşam. Mən ora qayıtmağın əleyhinə olmazdım.
 
- Azərbaycana gedəndən sonra siz artıq unudulubsuz və yığmaya da dəvət almırsız...
- Prinsipcə, mən bunu gözləyirdim. Çünki hələ vətənimdə çıxış edərkən də unudulmuşdum. Ona görə də bu aqibətlə barışmışam.
 
- Azərbaycanlı fanatlar necədilər? Yoxsa onlar sadəcə alqışlamağı bacarırlar?
- Xeyr, onlar da fəaldılar. Mən buna təəccübləndim. Siz təsəvvür edə bilməzsiniz ki, onların “Zvezda” qışqırmasına necə təsirləndim. Mən fikir vermişəm ki, onlar Belqradın “Delie”, “Crvena Zvezda” kimi fanat qrupları barədə çox şey bilirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.