6 iyun 2012 00:08
Qəbələnin futbolçusu Türkiyə və Yunanıstan klublarının hədəfində
“Qəbələ”nin sabiq futbolçusu Arif İsayev özünə yeni iş yeri axtarmaqda davam edir. Azerisport.az xəbər verir ki, hazırda o, təkcə yerli klublardan yox, həm də əcnəbi komandalardan təklifləri nəzərdən keçirir.
Belə ki, onun xidmətində həm Yunanıstan, həm də Türkiyə klubları maraqlıdı. Qardaş ölkənin birinci liqasında çıxış edən klublar İsayevi heyətinə qatmaq istəyir. İsayev yaxın günlərdə öz seçimini etməlidi.
Qeyd edək ki, İsayevin “Qəbələ” ilə müqaviləsi mövsümün sonunda başa çatıb. Baş məşqçi Fatih Kavlak isə bir sıra futbolçularla yanaşı Ariflə də yeni müqavilə bağlanmasını istəmədi.
