6 iyun 2012 12:18
“Azərbaycan millisinə uduzmalı deyildik”
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İslandiya – Azərbaycan oyunundan sonra rəqib yığmanın hücumçusu Byörn Siqurdarsson fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamıza 1:2 hesablı məğlubiyyətləri ilə bağlı bunları dilə gətirib:
“Mən nəticədən çox narazı qaldım. Bu oyunda uduzmalı deyildik. Özü də son dəqiqələrdə qol buraxdıq. Çox təəssüf ki, bəxtimiz gətirmədi”.
Qeyd edək ki, bu oyunda islandların qolunu məhz Siqurdarsson vurub.
