6 iyun 2012 12:32
“Əminəm ki, Azərbaycana məğlubiyyətimizi heç kim gözləmirdi”
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İslandiya – Azərbaycan oyunundan sonra rəqib yığmanın müdafiəçisi Qudlauqur Palsson fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamıza 1:2 hesablı məğlubiyyətləri ilə bağlı bunları dilə gətirib:
“Bu, çox məyusedici məğlubiyyətdi. Əminəm ki, bu görüşün belə nəticələnəcəyini heç kim gözləmirdi. İndi bizə yalnız qalan oyunlarda döyüşmək qalır”.
