6 iyun 2012 12:47
Millimizin üzvləri İslandiya ilə oyuna qara sarğı ilə çıxıb
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığması AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində İslandiyaya qarşı ötən gün baş tutan oyuna qara sarğı ilə çıxıb. Azerisport.az xəbər verir ki, Bernard Lippertin yetirmələri bununla ötən gün cəbhənin Qazax rayonundakı bölgəsində şəhid olan 5 azərbaycanlı əsgərin xatirəsini yad ediblər.
Qeyd edək ki, bu görüşün bir dəqiqəlik sükutla başlaması da gündəmdə idi. Lakin görünür UEFA rəsmiləri AFFA nümayəndələrinin bu istəyini yerinə yetirməyə razı olmayıb.
