7 iyun 2012 13:53
Seriya A klubunda yeni baş məşqçi
Futbol üzrə İtaliya A Seriyasında çıxış edən “Palermo”nun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandanı yeni mövsümdə Cüzeppe Sannino çalışdıracaq.
Artıq bu barədə məlumatı “Palermo” rəsmi saytı vasitəsilə də təsdiqləyib. Beləcə, hələ may ayında bu istəyini dilə gətirən klub prezidenti Mauritsio Zamparini arzusunu gerçəkləşdirmiş olub.
Sannino “Palermo” ilə iki illiyə müqavilə bağlayıb. Qeyd edək ki, bu mütəxəssis ötən mövsüm “Siena”nı çalışdırırdı və komandası 14-cü olmuşdu. “Palermo” isə mövsümü 16-cı pillədə başa vurmuşdu.
